
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Naziri Aparatının birgə bəyanatında elan edilmiş iki ölkə arasında bəzi konkret etimad quruculuğu addımlarının atılması qərarını alqışladığını bəyan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilib.
“Biz etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik”, - deyə bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin aşağıdakı ifadələrə yer verilib:
“Arzu edirik ki, Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh sazişi ən qısa zamanda imzalansın”.
Tətbiqimizi yükləyə bilərsiniz