
“İsrail tərəfi Qəzza zolağında münaqişə zamanı itkilərini lazımi səviyyədə qiymətləndirmir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan deyib.
“Düşmənin verdiyi məlumata görə, 90 əsgər və zabit öldürülüb. Təbii ki, real rəqəm bundan qat-qat çoxdur”, - Həmdan bildirib.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin eskalasiyası başlayandan HƏMAS itkiləri barədə məlumat açıqlamayıb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Fələstin anklavında keçirilən əməliyyat zamanı 100-ə yaxın əsgər həlak olub.