
“Rusiya dünyanın yeni, real demokratik modelini yaratmaq istəyir”.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VTB-nin “Rusiya çağırır” forumunda bildirib.
“Biz həqiqətən demokratik olan və iqtisadi fəaliyyətin bütün iştirakçıları arasında real, ədalətli rəqabətin üstünlük təşkil etdiyi yeni bir model yaratmaq istəyirik”, - Putin bildirib.
Dünya iqtisadiyyatının mənzərəsinin belə dəyişməsi, Rusiya prezidentinin fikrincə, yeni liderlərin ön plana çıxmasına imkan verəcək. O vurğulayıb ki, bu, obyektiv və əsasən təbii prosesdir.
Qeyd edək ki, 2009-cu ildən təşkil edilən forum pandemiyanın başlanğıcından bəri ilk dəfədir ki, açıq şəkildə keçirilir.
Tədbirdə Çindən, Hindistandan, Türkiyədən, Fars körfəzi ölkələrindən, Yaxın Şərqdən, Afrikadan, Mərkəzi və Cənub-Şərqi Asiyadan investorlar iştirak edir.