
Son olaraq Türkiyə Superliqasının nəhənglərindən “Beşiktaş”ı çalışdıran baş məşqçi Şenol Günəş adının Azərbaycan Milli Komandası ilə hallanması barədə açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş bu barədə “Sportinfo TV”yə danışıb.
O, dolayısı yol ilə Azərbaycan tərəfdən təklif aldığını deyib:
“Hazırda Avstriyada istirahət edirəm. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.
Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır.
Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram”.
Qeyd edək ki, oktyabr ayında “Beşiktaş”dakı vəzifəsindən istefa verən Günəş karyerasının bir dönəmində ölkə xaricində komandaları da çalışdırıb. 71 yaşlı məşqçi 2007-ci ilin yanvarından 2009-cu ilin noyabrına kimi Cənubi Koreyanın "Seul" klubunun məşqçisi olub və bu komandada 125 oyun keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz