Kim Çen In qadınları daha çox uşaq dünyaya gətirməyə çağırdı


Ölkəsində doğum faizinin aşağı düşməsindən danışan Şimali Koreya lideri Kim Çen In qadınları daha çox uşaq dünyaya gətirməyə çağırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadıla xəbər verir ki, onun bu anlarda göz yaşlarına hakim ola bilmədiyi müşahidə edilib.
Kim Çen In V Ümumrespublika Analar Qurultayının açılışında çıxışı zamanı doğum faizinin azalmasını dayandırmağın qadınların vəzifəsi olduğunu bildirib.
Əlindəki kağız dəsmalla göz yaşlarını silən Kim çıxışında bildirib:
“Doğum faizinin azalmasının qarşısını almaq, uşaqlara yaxşı təlim və tərbiyə vermək analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir”.
Şimali Koreya lideri qadınlardan daha çox uşaq sahibi olmalarını xahiş edərkən göz yaşlarına hakim ola bilməsə də, dövlət mediasında yayılan görüntülərdə izdihamın çıxışı zamanı onu gurultulu alqışlarla alqışladığı görünüb.

DİGƏR XƏBƏRLƏR

Top