“Zəlzələ ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib” – DİN


“Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib, polis gücləndirilmiş iş rejiminə keçib:
“Xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də məlumat yayaraq bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırıb:
“Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcədə yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir”.

DİGƏR XƏBƏRLƏR

Top