“İllər ərzində Ermənistan cəmiyyəti və dövləti reallıqla üz-üzə gəlmək istəməyib”


“Qarabağ məsələsi uzun illərdir ki, müəyyən qüvvələr tərəfindən bir məqsədlə - Ermənistan dövlətçiliyini sarsıtmaq üçün istifadə olunur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın Qarabağ məsələsində hakimiyyətin strategiyası ilə bağlı sualına cavab verərkən deyib.
Paşinyan qeyd edib ki, baş nazir kimi onun vəzifəsi Ermənistan Respublikasının gələcəyini təmin etməkdir və o, Konstitusiyaya uyğun olaraq bu vəzifəyə köklənib:
“Qarabağı “atmağımızla” bağlı əsaslandırmaya gəlincə, mən bir şeyi deyə bilərəm - bu nankorluqdur. Başqa söz tapa bilmirəm. Bu, hökumətdən və bütövlükdə Ermənistandan danışdığımız bütün hallara aiddir. 1996-cı il Lissabon sammitindən sonra Qarabağ məsələsi, əslində, bitib. Bütün bu illər ərzində Ermənistan cəmiyyəti və dövləti reallıqla üz-üzə gəlmək istəmirdi və onun terminləri qavrayışı beynəlxalq aktorların qavrayışından fərqlənirdi. Bunun nəticəsində obyektiv reallıqla erməni tərəfinin məqsədləri arasında keçilməz maneələr yaranıb”.

DİGƏR XƏBƏRLƏR

Top