
Amerikanın “Time” jurnalı 2023-cü il üçün “İlin Adamı”nı elan edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ-li müğənni Teylor Svift bu ada layiq görülüb.
“Bu, mənim indiyə qədər yaşadığım ən qürurlu, ən xoşbəxt, ən yaradıcı şəkildə yerinə yetirilən və azad hissdir”, - Svift nəşrə deyib.
Qeyd edək ki, “İlin Adamı” adına ümumilikdə doqquz namizəd irəli sürülüb. Onların arasında Rusiya prezidenti Vladimir Putin, Britaniya kralı III Çarlz, eyniadlı filmdən Barbi kuklası, Teylor Svift, Çin prezidenti Si Cinpin, CHatGPT proqramının tərtibatçısı Sem Altman və bir sıra Hollivud ssenaristləri və aktyorları var.
Time jurnalı 1927-ci ildən bəri hər il özünün “İlin Adamı”nı seçir. 2022-ci ildə bu, Ukrayna Prezidenti Volodimir Zelenski, bir il əvvəl isə İlon Mask olub.