Azərbaycan və Ermənistan rəsmilərinin sərhəddəki görüşünə Rusiyadan reaksiya


“Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə görüşü alqışlayır”.
Yeniavaz.com
xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya prosesə kömək etməyə hazırdır:
“Cənubi Qafqaz üzrə üçtərəfli işçi qrupunun işinin ləngiməsi region ölkələrinə qarşı işləyəcək”.
Xatırladaq ki, 30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top