Bakıda doğuş zamanı körpə ölümünün səbəbi açıqlanıb

Bakıda doğuş zamanı ölən uşağın ciyərlərində problem olub. Bu barədə hadisənin baş verdiyi “İnternational Medical Centre”dən bildirilib. Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub. Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA

DİGƏR XƏBƏRLƏR

Top