Yaponiyada onlayn G7 sammiti keçiriləcək


Yaponiya Baş nazir Fumio Kisidanın rəhbərliyi ilə çərşənbə günü axşam G7-nin onlayn sammitinə ev sahibliyi edəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.
“6-sı axşam Baş nazir Fumio Kisida G7-nin sədri kimi G7 liderləri arasında onlayn danışıqlar aparmağı planlaşdırır. G7 liderlərindən başqa iclasda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək”, - baş katib bildirib.
Matsunonun sözlərinə görə, G7 liderləri beynəlxalq ictimaiyyətin qarşısında duran mühüm məsələləri, o cümlədən Ukrayna və Yaxın Şərqdəki vəziyyət və süni intellektlə bağlı məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Yaponiya bu il Yeddilik Qrupuna sədrlik edir.
Xatırladaq ki, son G7 sammiti may ayında Xirosimada baş tutub və Zelenski orada şəxsən iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top