Prezident Administrasiyasında AK Parti heyəti ilə görüş olub


Prezident Administrasiyasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti ilə görüş olub.
Yeniavaz.com
xəbər verir ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev AKP sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bildirilir ki, görüşdə Vətən müharibəsindən, lokal xarakterli antiterror tədbirlərindən və işğaldan azad olunmuş ərazilərdə aparılan işlərdən danışılıb, qazanılmış qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edilib.
Ədalət Vəliyev YAP ilə AKP arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini deyib.
Zafer Sırakaya da iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm elementi olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top