
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın KİV-i olan “İnterfaks”la Bakıda qurduğu “İnterfaks – Azərbaycan İnformasiya Agentliyi” MMC-yə 16 nömrəli əlavə razılaşma ilə bu ilin mart ayında 345 min manat investisiya qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı özünün Feysbuk səhifəsində yazıb.
“İnvestisiyanın nə ilə ifadə olunduğu açıqlanmır, amma bunu dolayı subsidiya və ya lap elə qrant kimi də dəyərləndirmək olar. Çünki o sərmayənin bir də nə zaman geri qayıdacağını heç SOCAR-ın menecerləri də hesablaya bilməzlər”, - jurnalist bildirib.
