
Birləşmiş Ştatlar hesab edir ki, Qəzza zolağında Yaxın Şərq münaqişəsi nəticəsində Fələstinin ərazisi azalmamalıdır.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Dövlət katibi Antoni Blinkenin üç həftə əvvəl Tokioda çıxışı zamanı çox aydın şəkildə ifadə etdiyi prinsiplərdən biri haqqında danışacağam. Qəzza zolağının ərazisində heç bir azalma olmamalıdır”, – diplomat ABŞ-ın İsraillə Qəzza zolağı arasında bufer zonaların yaradılmasının dəstəkləməsi sualına cavab verərkən qeyd edib.