
“Qəzza zolağında indiki intensivlikdə olan münaqişə ən azı iki ay davam edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant “ABC” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail bir neçə ay ərzində anklavda təmizləmə əməliyyatları keçirəcək və terrorçuların müqavimət ocaqlarını aradan qaldıracaq:
“HƏMAS-la mübarizənin yeganə yolu güc tətbiq etməkdir. HƏMAS-ın iki yolu var: ya ölmək, ya da heç bir şərt olmadan təslim olmaq. İsrailin bu münaqişədə əsas məqsədi HƏMAS-ın artıq İsrailə mütəşəkkil hücumlar həyata keçirə biləcək hərbi təşkilat kimi fəaliyyət göstərməməsini təmin etməkdir”.