
Jurnalistlər Şəhla Kərimli və Aytac Məmmədli Lənkəran Şəhər Rayon Polis Şöbəsindən buraxılıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə onlar sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
“Sərbəst buraxıldıq. Hər şey qaydasındadır. Narahat olan dostlara təşəkkür edirik”, - Ş. Kərimli bildirib.
***14:02
Jurnalistlər Aytac Məmmədli və Şəhla Kərimlinin saxlanıldığı iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Elməddin Şamilzadə məlumat yayıb.
“Aytac Məmmədli və Şəhla Kərimli Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb, onlardan çəkdikləri materialları silmək tələb edilir”, - E. Şamilzadə bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz