ABŞ-də Kuba kəşfiyyatına işlədiyi deyilən keçmiş səfir həbs edildi


ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça FTB-nin uzun müddətdir apardığı araşdırmalardan sonra Kuba kəşfiyyatı üçün işləmək ittihamı ilə həbs olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik istintaqın təfərrüatları və həbsin səbəbləri barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Manuel Roça Kolumbiyada anadan olub, lakin ailəsi ilə birlikdə ABŞ-də böyüyüb və burada Yeyl, Harvard və Corctaun universitetləri də daxil olmaqla humanitar elmlər üzrə bir neçə ixtisas dərəcəsi alıb. 1981-ci ildə ABŞ Dövlət Departamentində işə başlayıb. 1997-2000-ci illərdə o, Argentinada səfir olub. Ölkədə ABŞ-nin dəstəklədiyi neoliberal islahatların həyata keçirilməsində iştirak edib.
Manuel Roça daha sonra ABŞ səfiri kimi Boliviyaya qarşı təhdidləri ilə məşhurlaşıb. 2002-ci ildə o, boliviyalılar solçu namizəd Evo Moralesi dəstəkləyəcəkləri təqdirdə, ABŞ-nin ölkəyə yardımını dayandıracağını bildirib. Bu cür açıqlamalar əhalinin qıcıqlanmasına və Moralesin qalib gəlməsinə şərait yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top