Bitkoinin qiyməti 40 min dolları ötdü


Ticarət sessiyası zamanı bitkoinin qiyməti 25 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 40 min dolları ötüb.
Yeniavaz.com
xəbər verir ki, bunu “Coindesk” saytının məlumatlarından görmək mümkündür.
Belə ki, son məlumatlara görə, bitkoinin qiyməti 1,47% artaraq 40 min 46 dollara çatıb. Sonra artım tempi aşağı düşüb və qiymət 40 min 118 dollar (+1,68%) səviyyəsində qalıb.
Bitkoinin qiyməti sonuncu dəfə 25 aprel 2022-ci ildə 40 min dolları keçib.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Lakin bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüsü ilə onun müəllifi (və ya müəlliflər qrupu) tərəfindən nəşr edilib. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb. Son vaxtlar bitkoinin “tədarükü” təbii şəkildıə məhdudlaşdırılıb. Hazırda bitkoinlərin çoxu artıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top