
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə əlaqəli silahlı birləşmələrin batalyonlarından birinin komandirini öldürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF və Ümumi Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsasən, bir İDF qırıcısı HƏMAS-ın Şati Batalyonunun komandiri Haysam Huvacarini öldürüb. Onun komandanlığı ilə HƏMAS terrorçuları oktyabrın 7-də İsrailin cənubuna hücum ediblər”, - deyə məlumatda bildirilib.
İsrail hərbçilərinin sözlərinə görə, öldürülən komandir “Əş-Şifa xəstəxanasındakı terror fəaliyyətlərini” də dəstəkləyib.
“Qəzzada və Şati bölgəsində İDF əsgərlərinə qarşı döyüşən HƏMAS qüvvələrinə komandanlıq edib. O, həmçinin israillilərə qarşı çoxsaylı terror aktları törətməkdə də məsuliyyət daşıyırdı”, - deyə ordunun mətbuat xidməti əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz