
Ermənistan Fransadan aldığı “Bastion” zirehli texnikasının sayını 50-ə çatıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə erməni KİV-də məlumat yayılıb.
Qeyd olunub ki, indiyə qədər Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 “Bastion” tipli zirehli texnika artıq Ermənistana göndərilib.
Daha 26 belə texnikanın yaxın müddətdə Ermənistana gətiriləcəyi bildirilir.
Qeyd olunur ki, silahların tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekorn ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub.
Xatırladaq ki, noyabrın 12-də yerli KİV-də Fransanın sözügedən hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana doğru getməsi barədə xəbərlər və görüntülər dərc olunmuşdu.