
Fələstin “İslami Cihad” təşkilatının silahlı qanadı olan “Saraya əl-Qüds” qruplaşması İsrailin cənubunda yerləşən Mivtaçim və Reim yaşayış məntəqələrini raket atəşinə tutduğunu iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə qruplaşmaya məxsus Teleqram kanalında məlumat dərc olunub.
“Biz Reim və Mivtaçimi raket zərbəsi ilə vurduq”, - məlumatda deyilir.
Öz növbəsində, HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Məcinin şərqindəki düşmən mövqelərinə raket hücumu təşkil etdiyini bildirib, həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqində düşmən qüvvələrinin cəmləşməsinə minaatan atəşi həyata keçirdiyini bəyan edib.
Tətbiqimizi yükləyə bilərsiniz