
Bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəzadır.