“İsrail hakimiyyəti öz məqsədlərini konkret deməlidir”


“Fransa İsraildən Qəzza zolağındakı hərbi əməliyyatının məqsədlərini dəqiqləşdirməsini gözləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının yekunlarına dair mətbuat konfransında deyib.
“Düşünürəm ki, vaxt gələcək ki, İsrail hakimiyyəti öz məqsədləri və nəyə nail olmaq istədikləri barədə daha konkret deməli olacaq. “HƏMAS-ın tamamilə məhv edilməsi” nədir və kimsə bunun mümkün olduğunu düşünür? Məqsəd elə budursa, müharibə 10 il davam edəcək”, - Makron deyib.
Fransa lideri vurğulayıb ki, İsrailin özünümüdafiə hüququna hörmətlə yanaşır, lakin beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə mülki əhaliyə hücumla ifadə edilə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top