
Pakistanda keçmiş baş nazir İmran Xanın məhkəməsi davam etdirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ictimaiyyət nümayəndələrinin məhkəmə iclaslarında iştirakına icazə verilib.
Bildirilir ki, proses siyasətçinin saxlandığı həbsxananın özündə baş verir.
Xatırladaq ki, avqustun 5-də İslamabad Rayon Məhkəməsi İmran Xanı korrupsiyada təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edib. Xan həmçinin 100 min rupi (1,2 min dollar) məbləğində cərimə ödəməli olacaq.