Atəşkəsdən sonra Qəzzada ölənlərin sayı 200-ə çatır


Fələstin anklavında atəşkəs əldə olunduqdan sonra İsrailin yenidən bombardmanları nəticəsində Qəzza zolağının 200-ə yaxın sakini həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı sektorun Səhiyyə Nazirliyi özünün “Facebook” səhifəsində yayıb.
“Cümə günü səhər saatlarından indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində 178 nəfər həlak olub”, - məlumatda bildirilib.
Nazirlik həmşinin 589 nəfərin xəsarət aldığını qeyd edib. Qurbanların əksəriyyəti qadınlar və yeniyetmələrdir.
Qeyd edək ki, dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri (İDF) Fələstinin HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini bəyan edib. Fələstin Administrasiyası isə İsrailin yenidən təcavüzkar hərəkətlərinə görə ABŞ-ı günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top