Qəzzada ölən jurnalistlərin sayı 61-ə yüksəldi


Oktyabrın 7-dən bəri Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində Qəzza zolağında ən azı 61 jurnalist həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə günü Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Dekabrın 1-nə olan məlumata görə, komitənin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 16 mindən çox insan arasında ən azı 61 jurnalist və media işçisi var”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, jurnalistlər də işlərində təqib, həbs və digər maneələrlə üzləşirlər.
Həmçinin, komitə bildirib ki, İsrail qüvvələri 7 günlük atəşkəsdən sonra hərbi əməliyyatların bərpa olunduğu Qəzza zolağında işləyən media işçilərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəklərini elan ediblər

DİGƏR XƏBƏRLƏR

Top