“Messi autistdir və dünyanın ən güclü adamıdır”


Repçi Anuel AA argentinalı hücumçu Lionel Messini autist adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Toni Hernandes Pumarexonun “YouTube” kanalında danışıb.
“Sadəcə Messiyə baxın. Messi autizmlidir və o, dünyanın ən güclü adamıdır. Ona görə də autizmi xəstəlik hesab etmirəm.
Messini tanımıram, amma onunla üç dəfə vaxt keçirdmişəm və ilk gördüyüm onun təvazökar insan olması oldu. Bu yolla onun necə gözəl insan olduğunu bildim. Messinin necə insan olduğunu görəndə özündən utanırsan. O vaxtdan bəri daha yaxşı insan olmağa çalışmışam”, - repçi bildirib.
Qeyd edək ki, daha öncə “Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Romario da Messini autist adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top