Türk boksçunun ürəyi azərbaycanlı tələbəyə həyat verdi


Türkiyədə noyabrın 20-də qəza baş verib. Zərbənin təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan Görkem Kaynar xəstəxanaya aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq, noyabrın 24-də beyin ölümü baş verib. Görkemin valideynləri oğullarının bütün orqanlarını bağışlamaq qərarına gəlib.
Yeniavaz.com “Sabah”a istinadən xəbər verir ki, həkimlər bağışlanan ürəyin Azərbaycan əsilli şair, Akdeniz Universitetinin Sosiologiya fakültəsinin 3-cü kurs tələbəsi Fərid Əzimliyə uyğun olduğunu müəyyən ediblər. 4 saat davam edən əməliyyatda 6 il ürək dəstəkləyici cihazla yaşayan Fərid Əzimliyə türkiyəli boksçunun ürəyi köçürülüb.
“Oğlum anadangəlmə ürək çatışmazlığından əziyyət çəkirdi. Xəstəliyi son mərhələdə olduğu üçün 2017-ci ildə Prof.Dr.Ömər Bayezid süni ürək quraşdırdı. 6 il idi ki, ürək transplantasiyası gözləyirdi”, - Fəridin anası Almaz Əliyeva bildirib.
Qeyd olunur ki, Görkemin bağışlanan orqanları 6 nəfərin həyatını xilas edib.

DİGƏR XƏBƏRLƏR

Top