FT 2023-cü ilin ən nüfuzlu 25 qadınını açıqladı – Siyahı


İngiltərənin “Financial Times” (FT) qəzeti 2023-cü ilin ən nüfuzlu 25 qadınının siyahısını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya amerikalı aktrisa Marqo Robbi, müğənni Beyonse, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daxildir.
Nəşrin qeyd etdiyinə görə, bu siyahı bir neçə ay ərzində onlarla bürodan olan yüzlərlə FT jurnalisti, onun oxucuları və ictimai liderlərlə məsləhətləşmələr nəticəsində tərtib edilib.
“Siyahıda nüfuzlu mükafatlar, o cümlədən Nobel, Pulitser, Qremmi mükafatları kimi mükafatlar qazanan, həmçinin, Dünya Kuboklarına sahib olan qadınlar üstünlük təşkil edir”, - deyə nəşr qeyd edib.
Eyni zamanda siyahya Ukraynanın birinci xanımı Yelena Zelenskaya, iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, BMT Biomüxtəliflik Konvensiyasının İcraçı Katibi (CBD) Elizabet Maruma Mrema, Braziliyanın ətraf mühit naziri Marina Silva, İsveçrə Federal Şurasının üzvü Karin Keller-Satter kimi siyasi simalar da daxildir.
Siyahıda Cənubi Koreyanın “Aespa” musiqi qrupu, yazıçı Lola Şoneyn, “OpenAI”ın texniki direktoru Mira Murati və digər qadınlar da var.
Sözügedən siyahını təqdim edirik:
- Marqo Robbi - amerikalı aktrisa;
- Beyonse - müğənni;
- Barbara Kinqslover - yazıçı;
- Fibi Filo - dizayner;
- Lola Şoneyn - yazıçı;
- Aliya Bxatt - hind aktrisası və müğənnisi;
- Cənubi Koreyanın “Aespa” qadın müsiqi qrupu;
- Mira Murati - “OpenAI”nin texniki direktoru;
- Makiko Ono - “Suntory Beverage and Food”un prezidenti və baş icraçı direktoru;
- Fren Dreşer - amerikalı aktrisa;
- Liza Dayson - “Air Protein”in baş direktoru;
- Kerol Tome - “UPS”in baş direktoru;
- Karin Keller-Satter - İsveçrə Federal Şurasının üzvü, İsveçrə maliyyə naziri;
- Mari-Kler Deyv - “Kering”in dayanıqlı inkişaf üzrə direktoru;
- Marina Silva - Braziliyanın ətraf mühit naziri;
- Ursula fon der Lyayen - Avropa Komissiyasının Prezidenti;
- Meri Barra - “General Motors”un baş direktoru;
- Canet Trunkale - “Ernst & Young”un baş direktoru;
- Nərgiz Məhəmmədi - iranlı hüquq müdafiəçisi;
- Koko Qauff - amerikalı tennisçi;
- Cenni Ermoso - ispaniyalı futbolçu;
- Elizabet Maruma Mrema - BMT Biomüxtəliflik Konvensiyasının İcraçı Katibi;
- Çen Çien-Cou - Tayvanda #MeToo hərəkatının banisi;
- Katalin Kariko - macar biokimyaçı;
- Yelena Zelenskaya - Ukraynanın birinci xanımı.

DİGƏR XƏBƏRLƏR

Top