Seulda it əti ilə bağlı qadağaya görə polislə toqquşma olub – Foto


Cənubi Koreyada it fermalarının sahibləri və işçiləri hökumətin it ətinin istehlakını qadağan etmək istəyinə etiraz ediblər.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, aksiya çərçivəsində 200-ə yaxın insan hökumətin və hakim partiya üzvlərinin it ətinin istehlakını qadağan edən qanun layihəsinə etiraz etmək üçün paytaxt Seulda Prezident Sarayının qarşısında toplaşıb.
Etirazçılar “Biz mübarizə aparacağıq!” şüarları səsləndiriblər. Aksiya zamanı baş verən toqquşmada polis 3 nəfəri saxlayıb. Etirazçılar qadağaya qədərki müddətin uzadılmasını və hökumət tərəfindən maliyyə dəstəyinin ayrılmasını tələb ediblər.
Qeyd edək ki, Cənubi Koreyada it əti istehsalı artıq yox olmaq üzrədir. Hətta mütəxəssislər yaxın 15-20 il ərzində bu sahənin tamamilə yox olacağını bildirirlər, Çünki hazırda Cənubi Koreyada gənclərin çox az hissəsi it əti istehlak edir. Bu sahədə işləyənlərin əksəriyyətinin 60-70 yaşlarında olması da bu faktı təsdiq edir.

DİGƏR XƏBƏRLƏR

Top