Prezident Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib – Yenilənib


Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşılayıblar.
Əvvəlcə birgə foto çəkdirilib.

11:00 
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti keçirilir.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top