Rusiyada bazarda baş verən yanğın söndürülüb


Rusiyanın Rostov-na-Donu şəhərində “Temernik” geyim bazarında baş verən yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti tərəfindən “Telegram” kanalında yayılıb.
Yanğının sahəsi 4 min kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 113 nəfər və 33 texnika cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Yanğın söndürülməsi malları xilas etməyə çalışan ticarətçilərin xilasedicilərin işinə mane olması səbəbindən çətinləşib.
Nəticədə, “Rosqvardiya” və Yol Patrul Xidmətinin ərazini mühasirəyə alması barədə qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top