Aİ ölkələrinin hərbi xərcləri rekord həddə çatıb


Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi xərcləri 2022-ci ildə 6% artaraq rekord həddə çatıb və 240 milyard avro təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi məlumat yayıb.
Məlumata görə, Aİ-nin 27 ölkəsindən 20-si müdafiə xərclərini artırıb, onlardan 6-sı hərbi xərcləri 10%-dən çox artırıb.
Rekordçular 30,1% artımla İsveç, 27,9% artımla Lüksemburq, 27,6% artımla Litva, 19,3% artımla İspaniya, 14,8% artımla Belçika, 13,3% artımla isə Yunanıstan olub.
Bütün hərbi xərclərin demək olar ki, altıda biri - 58 milyard avrosu yeni silah növlərinin alınmasına yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top