Dekabrın 18-də MDB hökumət başçılarının görüşü baş tutacaq


Rusiyanın təşəbbüsü ilə dekabrın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə MDB İcraiyyə Komitəsində Birliyə üzv ölkələrin Daimi Nümayəndələr Şurasının növbəti iclası ərəfəsində məlumat verib.
“Rusiyanın təşəbbüsü ilə MDB hökumət başçılarının növbədənkənar iclasının dekabrın 18-də Moskvada baş tutacağı gözlənilir”, - Lebedev bildirib.
“Bizi dekabrın 18-də Moskvada MDB İqtisadi Şurasının iclası gözləyir. Bu görüşdə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlərə baxılması planlaşdırılır”, - o, əlavə edib.
“Diqqət çəkən odur ki, bu, MDB İqtisadi Şurasının 100-cü, yubiley iclası olacaq. Qırğızıstan isə MDB İqtisadi Şurasına sədrliyini Rusiyaya verəcək”, - deyə Birliyin baş katibi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top