Blinken Mirzoyanla sülh prosesini müzakirə edib


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken regionda təhlükəsizlik məsələlərini və Ermənistanla Azərbaycan arasında sülhün nizamlanması proseslərini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması ilə bağlı prosesləri müzakirə ediblər. Söhbət zamanı Mirzoyan bildirib ki, Ermənistan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri Azərbaycana çatdırıb”, - məlumatda deyilir.
Mirzoyan və Blinken ikitərəfli erməni-amerikan gündəliyinə dair məsələləri də müzakirə ediblər. Həmşinin, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top