
Rusiya ordusunun general-mayoru Vladimir Zavadski Ukraynada gedən döyüşlər zamanı ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə MROO məlumat yayıb.
Onun noyabrın 28-də dünyasını dəyişdiyini bildirir. Təfərrüatlar verilməyib.
“Kommersant” yazır ki , Zavadski Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusunun komandirinin müavini kimi Ukraynada keçirilən döyüş əməliyyatlarında iştirak edib.