Fransa nazirlərinə “WhatsApp” və “Telegram” qadağan edildi


Fransa hökumətinin üzvləri bundan sonra “WhatsApp”, “Telegram” və “Signal”dan istifadə edə bilməyəcəklər.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar respublikanın Baş naziri Elizabet Born tərəfindən imzalanıb.
Sənəd nazirləri dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcbur edir.
Nazirlər Kabinetinin üzvlərinə sənəddə agentliyin təhlükəsizlik sertifikatı almış yeganə mesajlaşma platforması kimi təsvir edilən Fransız ani messencer “Olvid”dən istifadə etmək tövsiyə olunur.
 

DİGƏR XƏBƏRLƏR

Top