Ukrayna Xersonda Rusiya rəsmilərinin olduğu binanı vurub – Ölənlər var


Xerson vilayətinin Rusiya işğalı altında olan Yubileynoye kəndində “polis idarəsi”nin binasına zərbə endirilib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə ilhaq edilmiş bölgənin “hüquq-mühafizə orqanları”ndan məlumat yayıb.
“Dünən səhər saatlarında Rusiya Daxili İşlər Nazirliyinin Yubileynoye kəndindəki “Novokaxovski” binasının HİMARS reaktiv yaylım atəşi sistemi ilə atəşə tutulması nəticəsində 4 polis yerindəcə ölüb, 18 nəfər yaralanıb. Onlardan 5 polis əməkdaşı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, digər zərərçəkənlərə isə yerindəcə tibbi yardım göstərilib”, - məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri tərəfindən yaradılan Milli Müqavimət Mərkəzi Ukrayna hərbçilərinin noyabrın 28-də Yubileynı kəndinə zərbələr endirdiyini bildirib:
“Rusiya qüvvələri tərəfindən təyin edilmiş məmurların iclasının keçirildiyi bina atəşə tutulub. Atəş nəticəsində beş yüksək rütbəli məmur ölüb”.

DİGƏR XƏBƏRLƏR

Top