
Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) İcraiyyə Şurasındakı yerini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi təşkilatın iştirakçı dövlətlərinin 28-ci Konfransı zamanı keçirilən səsverməsinin nəticələrinə əsasən məlumat yayıb.
Məlumata görə, Rusiya tələb olunan minimum 66 səsdən 65-ini toplayıb. Şərqi Avropa Qrupundan Litva, Polşa və Ukrayna OPCW İcra Şurasında yer alıb.
Qeyd edək ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons - OPCW) beynəlxalq təşkilat olub kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsinə nəzarət etməklə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır. Təşkilatın mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşir. Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.