İsrailin döyüş gəmiləri Qəzza sahillərini atəşə tutub – KİV


İsrail döyüş gəmilərinin çərşənbə günü səhər Qəzza zolağının cənubundakı sahil bölgəsini atəşə tutduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Xan Yunis şəhəri yaxınlığındakı sahil zolağı İsrail mərmilərinə tuş gəlib. Dəymiş ziyanla bağlı hələlik məlumat verilməyib”, - telekanaldan bildirilib.
Qeyd edək ki, noyabrın 24-də İsraillə HƏMAS arasında razılaşdırılan 4 günlük atəşkəs, noyabrın 28-də daha 2 gün uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top