Futbola narıncı vərəqə gəlir


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda yeni inqilabi qərarı təsdiqləyib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu qərara görə oyunçulara göstəriləcək narıncı vərəqə onların müəyyən müddət oyundan uzaqlaşdırılması mənasına gələcək. Sınaqlarının tezliklə başlaması gözlənilən narıncı vərəqə gələn mövsümdən qüvvəyə minə bilər.
Hakimlər narıncı vərəqəni sarı və ya qırmızı vərəqə arasında tərəddüd etdikləri hallarda tətbiq edəcəklər. Narıncı vərəqəni alan oyunçular isə 10 dəqiqə kənarda gözləməli olacaqlar.
Narıncı vərəqənin tətbiqi gələn mövsümdən “Premyer Liqa” kimi yüksək səviyyəli liqalarda tətbiq oluna bilər.

DİGƏR XƏBƏRLƏR

Top