
ABŞ Prezidenti Co Baydenin reytinqi müstəqil seçicilər arasında 27 faizə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” (NYP) qəzeti məlumat yayıb.
“Prezidentin əsas seçicilər arasında reytinqinin düşməsi onun iqtisadiyyata, həmçinin, İsrail-Fələstin münaqişəsinə yanaşmasından irəli gəlir”, - nəşr qeyd edib.
Belə ki, Amerika lideri ən aşağı qiyməti iqtisadiyyat (24 faiz) və İsrail və HƏMAS arasındakı münaqişə məsələləri üzrə alıb (25 faiz). Ən yüksək göstəricini isə Bayden Ukrayna (31 faiz) və səhiyyə (35 faiz) məsələləri üzrə əldə edib.