Qəzzada 50 mindən çox yaşayış binası dağılıb – KİV


İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında 50 mindən çox bina tamamilə dağılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Maan” agentliyi Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun bombardmanları və hava hücumları 50 mindən çox yaşayış binasının tamamilə, 250 minə yaxın yaşayış binasının isə qismən dağılmasına səbəb olub.
Qeyd edək ki, bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel də Qəzza zolağında yaşayış binalarının 40%-dən çoxunun dağıdıldığını, 15 mindən çox mülki şəxsin isə həlak olduğunu bildirmişdi. O, bölgədəki vəziyyəti “fəlakətli” adlandırmış, həmçinin su, qida, dərman və enerji çatışmazlığına işarə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top