
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin üzvü Elnur Həsənin saxlanıldığı deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun Babək prospektində yerləşən maşın bazarında mağazadan mülki geyimli şəxslər tərəfindən zorla çıxarılaraq naməlum istiqamətdə aparıldığı bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən məlumat almaq mümkün olmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz