
“Ermənistanın gündəliyində Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə məsələsi yoxdur”.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan Parlamentnin spikeri Alen Simonyan bildirib.
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır”, - deyə spiker əlavə edib.
Simonyan onu da bəyan edib ki, sülh müqaviləsinin şərtləri Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdə razılaşdırılıb. O cümlədən, burada söhbət Ermənistanın (29,8 kv.km) və Azərbaycanın (86,6 kv.km) ərazi bütövlüyünün tanınmasından gedir.