
Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı İsraillə razılığa gəlib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun mətbuat katibi məlumat yayıb.
O bildirib ki, saziş eyni şərtlərlə fəaliyyət göstərəcək:
“Müvəqqəti humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı razılıq əldə olunub. Hər girov üçün gündə 3 məhbus və 200 humanitar yardımla yük maşını”.
***20:04
“İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir və Qətərin təmsil olunduğu vasitəçilərin köməyi ilə Qəzza zolağında humanitar atəşkəsin iki gün uzadılmasına dair yeni saziş bağlamağa yaxındır”.
Yeniavaz.com “Əl-Youm As-Sabia” portalına istinadən xəbər verir ki, bu barədə Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan məlumat yayıb.
Rəşvanın sözlərinə görə, yeni saziş 20 israilli girovun 60 fələstinli məhbus ilə dəyişdirilməsini nəzərdə tutur.
O izah edib ki, humanitar atəşkəsin 2 gün uzadılması bütün Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsi və anklava humanitar yardımın, xüsusən də dərman, qida və yanacağın çatdırılması üçün olacaq.