
“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əziz Orucovun qardaşı, “Kanal 13”ün direktoru Anar Orucov sosial şəbəkə hesabında məlumat yayıb.
“Əzizi aparanda böyük qızı Almaz buraxmırmış”, - Anar Orucov paylaşımda qeyd edib.

***19:11
“Noyabrın 27-də axşam saatlarında istintaq orqanı “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun yaşadığı evdə axtarışa başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova “Turan”a bildirib.
Orucova bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılır və vəkil Bəhruz Bayramov iştirak edir:
“Hazırda evimizdə 8 nəfər polis əməkdaşı axtarış aparır. Onlardan birinin üzü açıqdır, qalanları maskalıdır. Nə axtardıqları barədə hər hansı məlumat vermirlər”.