
Fırtına Türkiyənin Artvin vilayətinin Hopa rayonunda Palau bayraqlı quru yük gəmisini sahilə sürükləyib və nəticədə gəmi saya oturub.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, gəmidə olan 13 nəfərlik heyət təxliyə edilib.
Xilasetmə qüvvələri gəmidən 6-sı türk, 5-i azərbaycanlı və 2-si İndoneziya vətəndaşı olmaqla, 13 nəfəri çıxarıblar.
Sahildə səhiyyə işçiləri tərəfindən yoxlamaları aparılan ekipajın səhhətində heç bir problem olmadığı bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz