HƏMAS Qəzzada atəşkəsin uzadılmasının şərtlərini açıqladı


“Hər 10 girovun azad edilməsi üçün Qəzza zolağında atəşkəs bir gün uzadılacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan “LBCI” telekanalına müsahibəsində bildirib.
“Əgər HƏMAS və ya “Əl-Qəssam Briqadaları” digər girovları aşkar edərsə, atəşkəs onlardan hər on nəfər üçün bir gün uzadılacaq”, - U. Həmdan qeyd edib.
Qeyd edək ki, əvvəllər HƏMAS atəşkəsin iki-dörd gün müddətinə uzadılmasına razılıq vermiş və 20-40 israillinin azad edilməsini mümkün saydığını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top