
Beynəlxalq Futbol Federasiyası (FİFA) sanksiyalara görə Rusiya Premyer Liqası (RPL) klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirakına görə pul göndərmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Futbol Federasiyasının (RFU) baş katibi Maksim Mitrofanov məlumat verib.
“Hələlik futbolçuların DÇ-2022-də iştirakına görə göndərilməli olan vəsaitlər bloklanıb. FİFA bu pulu klublarımıza sanksiyaya məruz qaldığı üçün göndərmir”, - Mitrofanov bildirib.
Qeyd edək ki, oktyabr ayında FİFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar vəsait ödəyəcəyini bildirmişdi. Qətərdə keçirilən turnirdə Rusiya klublarından “Dinamo”nun kamerunlu hücumçusu Nikolas Mumi Nqamalyo, eləcə də hüquqları ağ-göylərə məxsus olan uruqvaylı müdafiəçi Gilyermo Varela və polşalı yarımmüdafiəçi Sebastyan Şimanski çıxış ediblər. Dünya çempionatının bürünc mükafatçıları turnir vaxtı Sankt-Peterburq “Zenit”ində çıxış edən xorvatlar Deyan Lovren və 2021-ci ilə qədər ÇSKA-da çıxış edən Nikola Vlaşiç olub.
Tətbiqimizi yükləyə bilərsiniz